• 10-mar-2018, 20:49

✅Febril qıcolmalar (FQ)

 

✅Febril qıcolmalar (FQ)


 ✅FQ uşaqlıq dövrünün ən çox rast gəlinən, xoş xassəli, qızdırmaya bağlı ortaya çıxan tutmalarıdır. Uşaqların 50%-də ilk 2 yaşda başlayır. Qızdırma 38.5 C-dən yüksək olur. Əsasən qızdırma yüksəldikdən sonrakı 1-2 saat içində baş verir. 24 saat sonra nadir hallarda görülür.
 Genetik meyllilik önəmli rol oynayır.

✅Tutmanın tipinə görə bəsit və kompleks febril qıcolmalar var.
 ✔Bəsit FQ: 15 dəq-dən az sürən, generalizə, 24 saatda 1 dəfə görülən,38.5 C-dən yüksək T-da ortaya çıxan tutmalar.✔Kompleks FQ: 15 dəq-dən uzun sürən ,24 saat içində 1-dən çox olan, fokal başlayan,38.5 C-dən aşagı T-da ortaya çıxan, tutmadan sonra yuxulama və yorgunluq görülən tutmalar.


 ✅FQ epilepsiyaya keçə bilərmi? Ailədə epilepsiya varsa, tutmadan öncə neyromotor inkişaf geriliyi varsa, tutma kompleks tipdə olmuşsa epilepsiya yaranma riski yüksəkdir.


 ✅FQ-da proqnoz yaxşıdır.Amma unudulmamalıdır ki, bəzi epileptik sindromlar da febril tutma kimi başlaya bilər.


 ✅Differensial diaqnostika üçün mütəxəssisə müraciət edin.

 ___________________________________________________
 ?Avrasiya Hospital/ Bakı şəhəri, Nəsimi r-nu, Ak. Həsən Əliyev küç. 15
 ?070-673-83-81



loading...

Həmçinin oxuyun